AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hacıbala Abutalıbova yeni vəzifə verildi

  • + A
  • - A
  • 6-10-2018, 10:29

    Hacıbala Abutalıbova yeni vəzifə verildi














    Baş nazir Novruz Məmmədovun imzaladığı qərarla “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişikliklər edib.

    Nazirlər Kabinetinin bu qərarında bildirilib:

    “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın “Komissiyanın sədri” bölməsində “Abid Şərifov” sözləri “Hacıbala Abutalıbov” sözləri ilə və “Komissiyanın üzvləri” bölməsində “Ceyhun Bayramov” sözləri “Firudin Qurbanov” sözləri ilə əvəz edilsin”.

    Beləliklə də,Hacıbala Abutalıbov Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR