Daha bir yüksək vəzifəli məmur işdən çıxarıldı – Yeni təyinat
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Etibar Abdullayev işdən çıxarılıb.
“Report” xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev müvafiq əmr imzalayıb.
Digər əmrlə Eldar Zeynalov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri təyin edilib.
E.Abdullayevə isə qurumun Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdir müavini və sektor müdiri vəzifəsi həvalə olunub.
Qeyd edək ki, E.Abdullayev bu ilin may ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri təyin edilmişdi.