AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanla bütün sahələrdə əməkdaşlıq uğurla davam edir

  • + A
  • - A
  • Bu gün, 16:50

    Gürcüstanla bütün sahələrdə əməkdaşlıq uğurla davam edir

    Məşhur Məmmədov,
    Millət vəkili

    Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar.
    Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyil.
    Dostluq ənənələrimiz bu gün də yaşayır.
    Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır.
    Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
    Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var.
    Bu dostluğun nümunəsi olaraq Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana etdi.
    2025-ci il yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.

    Prezident İlham Əliyev çıxışında Gürcüstanın parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana edən Baş nazir İrakli Kobaxidzeni təbrik edib və bu səfərin iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

    O, Azərbaycan və Gürcüstan arasında siyasi əlaqələrin nümunəvi olduğunu, iqtisadi sahədə isə Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyduğunu qeyd edib.

    Prezident İlham Əliyev həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin artırılmasının əhəmiyyətini vurğulayıb və bu layihənin yaxın aylarda genişləndirilmiş formada fəaliyyətə başlayacağını bildirib.

    Baş nazir İrakli Kobaxidze isə öz bəyanatında Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın və dostluğun möhkəmləndirilməsində Prezident İlham Əliyevin böyük xidmətlərini qeyd edib.

    O, iki ölkə arasında iqtisadi əlaqələrin, xüsusilə enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın uğurla davam etdiyini bildirib.

    Baş nazir, həmçinin ticarət dövriyyəsinin artdığını və dəmir yolları sahəsində əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.
    Son illər enerji və nəqliyyat-logistika sahəsində əməkdaşlıq uğurla davam edir.
    Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.
    Orta Dəhliz hər iki ölkənin mənafeyinə uyğundur.
    Bu gün, Orta Dəhliz layihəsini müzakirə etdik. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.
    Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk. İnamla demək olar ki, ölkələrimiz arasında strateji əməkdaşlıq uğurla davam edəcək.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR