AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət qulluqçularının sosial müdafiəsi gücləndirilir

  • + A
  • - A
  • Bu gün, 13:43

    Dövlət qulluqçularının sosial müdafiəsi gücləndirilir


    Məşhur Məmmədov,
    Millət vəkili


    Dövlət idarəçiliyinin səmərəliliyini artırmaq və kadr potensialını daha optimal formada bölüşdürmək məqsədilə həyata keçirilən rotasiya sistemi yeni qaydalarla daha da təkmilləşdirildi. Nazirlər Kabinetinin təsdiqlədiyi “Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi” sənədi dövlət qulluqçularının sosial müdafiəsini gücləndirən, onlara və ailələrinə motivasiya verən mühüm addımlardan biridir.
    Yeni qaydanın əsas üstünlüklərindən biri dövlət qulluqçularının sosial təminatının artırılmasıdır. Dövlət qulluqçularına rotasiya prosesi çərçivəsində yaşadığı inzibati ərazi vahidindən kənarda xidmət etmələri üçün aylıq 250 manat kompensasiya və 1200 manat birdəfəlik ödəniş nəzərdə tutulur. Bu, onların köç və yaşayışla bağlı digər zəruri xərclərinin qarşılanmasına böyük dəstəkdir.
    Ailə üzvləri üçün əlavə kompensasiya dövlət qulluqçularının və ailələrinin maddi və mənəvi rifah halının yaxşılaşmasına hesablanıb.
    Rotasiya olunan dövlət qulluqçusu ilə birgə yaşayan hər ailə üzvü üçün 125 manat əlavə ödəniş təyin edilib. Bu da ailələrin yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə verir.
    İşğaldan azad edilmiş ərazilərdə işləyənlərə əlavə güzəştləri xüsusi qeyd etmək istəyirəm. Artıq 5 ildir ki, dövlət tərəfindən azad olunmuş ərazilərin inkişafına xüsusi diqqət ayrılır.
    Bu ərazilərdə çalışan vətəndaşlar üçün vergi, sosial güzəştlər və müxtəlif imtiyazlar tətbiq olunur. Məqsəd həm yerli əhalinin işlə təminatını artırmaq, həm də regiona investisiyaları cəlb etməkdir. Hökumət burada infrastruktur layihələrini sürətləndirir, yeni sənaye zonaları və yaşayış kompleksləri inşa edir. Bundan başqa, iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün dəstək proqramları həyata keçirilir. Bütün bu tədbirlər Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə vermək məqsədi daşıyır.
    Bu tədbirlərin davamı olaraq həmin ərazilərdə işləyən dövlət qulluqçularına ödənilən kompensasiyalara 1,5 əmsal tətbiq edilir, yəni aylıq məbləğ 375 manata çatdırılır. Bu da həmin bölgələrə kadr axınının artırılmasına və dövlət orqanlarının effektiv fəaliyyətinin təmin olunmasına xidmət edir.
    Bütün bu qaydalar dövlət qulluğuna marağın artırılmasına xidmət edir.
    Yeni qayda rotasiya prosesinə marağı artırmaqla yanaşı, dövlət qulluğunun prestijini də yüksəldir. Dövlət qulluqçularının daha yaxşı təmin olunması dövlət idarəçiliyində peşəkarlığın artmasına və xidmətin keyfiyyətinin yüksəlməsinə şərait yaradır.
    Yeni qaydalar dövlət qulluqçularının həyat səviyyəsinin yüksəldilməsi və onların rotasiya prosesinə həvəsləndirilməsi üçün ciddi bir mexanizmdir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə fəaliyyətin stimullaşdırılması baxımından bu addım strateji əhəmiyyət daşıyır. Dövlətin bu sahədə həyata keçirdiyi siyasət göstərir ki, dövlət qulluqçularının rifahı və xidmət şəraitinin yaxşılaşdırılması prioritet məsələlərdən biridir.
    Biz də bu kimi sosial təşəbbüsləri dəstəkləməli və vətəndaşların dövlət qulluğuna marağını artırmaq üçün atılan addımları təbliğ etməliyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR