AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: "İranın neft infrastrukturu yaxın günlərdə risk altındadır"

  • + A
  • - A
  • Bu gün, 07:56

    Tramp: "İranın neft infrastrukturu yaxın günlərdə risk altındadır"

    Ağ Evin rəhbəri bildirib ki, neftin ixrac imkanlarının olmaması səbəbindən yaxın günlərdə İranın neft infrastrukturu ilə bağlı problemlər yarana bilər.
    ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində deyib ki, Amerika hərbçilərinin həyata keçirdiyi dəniz blokadası fonunda üç gün ərzində İranda neft kəmərlərində partlayışlar baş verə bilər.
    O izah edib ki, İranın neft kəmərləri ilə “böyük həcmdə neft daşınır”, lakin onu yükləyib göndərmək imkanı yoxdur.
    “Əgər hər hansı səbəbdən bu xətt, nefti anbarlara və ya gəmilərə ötürmək mümkün olmadığı üçün bağlanarsa — ki, hazırda İranda məhz bu baş verir, çünki blokada səbəbindən onların gəmiləri yoxdur — o zaman bu xətt daxildən öz-özünü partlada bilər”, – deyə Donald Tramp bildirib.
    ABŞ liderinin sözlərinə görə, Tehranın “bunun baş verməsinə təxminən üç günü var”. Əgər belə bir hal baş verərsə, İslam Respublikası neft hasilatı gücünün 50 faizini itirə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR