Bakıda ənənəvi Enerji Həftəsi çərçivəsində 31-ci Bakı Enerji Forumu işə başlayıb. Tədbirin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Prezident həmçinin 31-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisinin və 14-cü Xəzər Beynəlxalq “Təmiz Enerji” sərgisinin açılışını edib. Tədbirlər Bakı Ekspo Mərkəzində keçirilir.
Bu il Enerji Həftəsinin əsas mövzularından biri Mərkəzi Asiyanın enerji potensialının inkişafıdır. Forum çərçivəsində Mərkəzi Asiyanın enerji keçidi üzrə investisiya məsələləri müzakirə olunacaq, həmçinin Transxəzər Yaşıl Enerji Dəhlizinin inkişafına təkan verəcək sənədlərin imzalanması nəzərdə tutulur.
Tədbirdə “yaşıl enerji” təşəbbüslərinə də xüsusi diqqət ayrılır. Günəş və külək enerjisi sahəsində yeni layihələrin hüquqi rəsmiləşdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.