AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: "ABŞ və İran iki həftəyə razılığa gələ bilər, neft ucuzlaşacaq"

  • + A
  • - A
  • Bu gün, 08:53

    Tramp: "ABŞ və İran iki həftəyə razılığa gələ bilər, neft ucuzlaşacaq"


    ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarda irəliləyiş əldə olunduğunu və tərəflərin yaxın iki həftə ərzində razılığa gələ biləcəyini bəyan edib.

    Ağ Ev rəhbərinin sözlərinə görə, Tehran Vaşinqton üçün olduqca əlverişli şərtlərlə saziş bağlamaqda maraqlıdır.

    Tramp bildirib ki, İran ABŞ tərəfinin əsas tələblərini qəbul etməyə hazırdır və nüvə silahından imtina istiqamətində addım ata bilər.

    «Onlar bizim üçün çox yaxşı bir razılaşma bağlamaq istəyirlər. Bizə hər şeyi verməyə hazırdırlar. Nüvə silahından imtina etməyə hazırdırlar», — deyə ABŞ prezidenti vurğulayıb.

    Sazişin imzalanma vaxtına gəlincə, Tramp bunun iki həftə ərzində baş verə biləcəyini qeyd edib.

    «Düşünürəm ki, qalib gəlirik. Ancaq bu qələbə yaxın iki həftə ərzində əldə olunmalıdır. Bu, tam qələbə olacaq, çox tez baş verəcək və bundan dərhal sonra neftin qiymətləri aşağı düşəcək», — deyə o əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR