Yaxın Şərqdə yaranmış gərgin vəziyyət və Hörmüz boğazında gəmiçiliyin faktiki dayanması fonunda yeni nəqliyyat marşrutlarının əhəmiyyəti daha da artıb. Bu barədə İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani bildirib.
Diplomatın sözlərinə görə, hazırkı şəraitdə yeni nəqliyyat dəhlizlərinin yaradılması və inkişaf etdirilməsi xüsusi önəm daşıyır. O qeyd edib ki, Hörmüz boğazının fəaliyyətinin məhdudlaşması nəticəsində Fars körfəzi ölkələri alternativ tədarük marşrutlarının çatışmazlığı ilə üzləşiblər.
Səfir hesab edir ki, bu vəziyyət Gürcüstan üçün yeni iqtisadi və logistik imkanlar yarada bilər. Onun fikrincə, Gürcüstan öz ərazisindən keçən yük daşımalarını təşkil etməklə region ölkələrinin təchizat zəncirində mühüm rol oynaya bilər.
“Gürcüstan üçün yaxşı imkanlardan biri yüklərin onun ərazisi vasitəsilə bu ölkələrə çatdırılmasının təşkil edilməsidir”, – deyə Seyid Əli Mocani vurğulayıb.
Səfir əlavə edib ki, mövcud geosiyasi şərait alternativ tranzit marşrutlarının inkişafını zəruri edir və bu prosesdə Cənubi Qafqaz ölkələri mühüm mövqe tuta bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.