Ziya Məmmədov vəzifəsini itirəndən Badamdarda yaşayır - Eksklüziv
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov Badamdardakı villasında yaşayır
Bu barədə Ulus.Az-a verilən məlumata görə, eks-nazir əsasən bu qəsəbədə olan malikanəsində gününü keçirir.
Onun biznesinin tamamilə əlindən çıxmadığı, ölkədən gedişinə stop qoyulmadığı, hazırda adaptasiya prosesi keçdiyi deyilir. Sabiq nazirin Badamdarda villasının yerləşdiyi və oraya köçdüyü bildirilir.
Maraqlıdır ki, bir neçə gün əvvəl MTN rəhbəri Eldar Mahmudovun da Badamdarda yaşadığı xəbəri yayılmışdı. Ehtimal olunur ki, bu yerin havası onları cəlb edib.
Keçmiş nazirin Quba, İsmayıllı, Ağsu, Göyçay, Ucar, Mərdəkan və başqa yerlərdə villaları var. Elə Mərdəkandakı villasında jurnalistlərin döyülməsi faktı buna sübutdur.
Ziya Məmmədov 28 aprel 1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Ali təhsillidir. Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.
Ulus.Az xəbər verir ki, Ziya Məmmədovun Azərbaycandakı mülklərinin sayı onlarladır.
Lakin, keçmiş nazirin Qaradağ rayonu Sahil qəsəbəsinin yaxınlığında, düz Xəzər dənizinin kənarında yerləşən möhtəşəm villası digərlərlərindən özəlliyi fərqlənir.
Tikintisi 2012-ci ildə başlanan, 2013-cü ildə isə yekunlaşan villanın zirzəmisində şəxsi yaxtanın yön alması üçün xüsusi qaraj var.
Eks-nazirin yay fəslində burada dincəldiyi və şəxsi yaxtası ilə dənizə çıxdığı bildirilir. Bu villanı ancaq katerlə və şəxsi yaxtası ilə dənizdə istirahət etmək üçün tikdirdiyi bildirilir.
Ziya Məmmədovun iyun ayından etibarən istirahət üçün tez-tez dəniz kənarındakı bu nəhəng mülkinə gələcəyi deyilir. Hazırda isə villada mühafizədən başqa heç kim yaşamır.
Qeyd edək ki, Ziya Məmmədov Azərbaycanın ən varlı məmurlarından biri hesab olunur. Onun oğlu Anar Məmmədov isə biznes fəaliyyəti ilə məşğuldur. Son vaxtlar Ziya Məmmədovun biznesinə əl qoyulduğu haqda məlumatlar yayılıb.