AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zakir Qaralovdan təyinatlar - Bu şəxslər vəzifələrindən azad olundu

  • + A
  • - A
  • 16-05-2017, 12:46

    Zakir Qaralovdan təyinatlar - Bu şəxslər vəzifələrindən azad olundu

















    Bakı şəhər Prokurorluğunda yeni təyinatlar olub

    Lent.az xəbər verir ki, Bakı şəhər Prokurorunun köməkçisi Günel Əkbərli və Fuad Tağıyev tutduqları vəzifədən azad edilib.

    G.Əkbərli Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə, F.Tağıyev isə Bakı şəhər Prokurorluğunun Daxili İşlər Orqanlarına Nəzarət İdarəsinə prokuror təyin edilib. Bundan başqa Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin böyük prokurorları Tural Aslanov və Azad Fətullayev Bakı şəhər prokurorunun köməkçisi təyin edilib.

    Qeyd edək ki, bir müddət əvvəl İlqar Abbasov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokuroru təyin edilib. O, bu vəzifədə Ali Məhkəmənin hakimi təyin edilən Əziz Seyidovu əvəz edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR