AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əli Əsədov Fuat Oktaya zəng etdi

  • + A
  • - A
  • 5-03-2021, 14:39

    Martın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə prezidentinin köməkçisi Fuat Oktay arasında telefon danışığı olub.

    Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

    Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.

    Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

    Həmçinin Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR