AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DEPUTATDAN həmkarına təklif - Partiyasına ayrılan vəsaiti internat tipli məktəblərə bağışlasın

  • + A
  • - A
  • 12-05-2021, 14:11


    Millət Vəkili Asim Mollazadənin deputatların maaşı ilə bağlı söylədikləri həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Azadmedia.az Millət Vəkili Etibar Əliyevin şəxsi facebook səhifəsində məsələyə bildirdiyi münasibəti təqdim edir:
    "Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, deputatların maaşları müəllim və həkimlərin məvaciblərindən, imkanlarından qat-qat yaxşı olmamamıdır. Məndən bu barədə münasibət bildirməyi xahiş etdilər. Münasibətim belədir: Asim bəy deputatların sayı ilə müəllim və həkimlərin sayının fərqini bilirsə, onda başa düşmək olmur ki, bu ifadəni nə üçün işlədib. İkincisi, belə bir fikri işlətmək yalnız kənardan babat gəliri olan şəxsin könlündən keçə bilər. Onda maaş məsələsi heç gözə gəlmir. Üçüncüsü, təklif edirəm ki, Asim Mollazadə daha böyük vətənpərvərlik nümayiş etdirib, partiyasına ayrılan vəsaiti internat tipli məktəblərə bağışlasın. O ki qaldı müəllimlərin və həkimlərin əməkhaqqına, bu məsələ həmişə dövlətin diqqət mərkəzində olub və olacaqdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR