ŞOK!!! "Bu il Qarabağda müharibə başlayacaq" - Rusiya
“Bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki hadisə gözlənilir
Biri prezidentlərin görüşü, digəri xarici işlər nazirlərinin BMT-nin Baş Assambleyasında gözlənilən görüşü. Hesab edirəm ki, heç bir görüş münaqişənin həllinə təsir etməyəcək və yeni müharibə başlayacaq. Toqquşmalar avqustda, ya da sentyabrda ola bilər”.
Bu barədə rusiyalı politoloq Sergey Markedanov deyib.
Onun sözlərinə görə, Qarabağda iki kəskin toqquşma da ola bilər: “Yəni prezidentlərin görüşündən sonra da toqquşma başlaya bilər, həmçinin, nazirlərin görüşündən sonra da. Amma kəskinləşmə olacaq. Bunu kimin başlayacağını demək çətindir. Mümkündür ki, tərəflərdən birinin əsəbləri dözməyəcək və toqquşma başlanacaq”. (publika.az)