AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təliminin vaxtı və yeri açıqlandı

  • + A
  • - A
  • 26-06-2021, 12:56



    Yaxın zamanlarda 3 qardaş dövətin xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçiriləcək.

    Bu sözləri “REAL TV”-yə müsahibəsində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

    Z.Həsənov bildirib ki, prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan, Türkiyə və Pakistanın birgə təlimlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib:

    “Belə ki, sentyabr ayında ölkəmizdə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin təlimləri gözlənilir. Biz buna hazırlıq görürük. Artıq ekspert qrupların bir hissəsi Azərbaycandadır. Təlimlərin keçiriləcəyi ərazilərlə tanış olublar və bizim hazırlıqlarımızı yüksək qiymətləndiriblər”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR