AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev: "Sevindirici haldır ki, Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın"

  • + A
  • - A
  • 12-08-2017, 11:16

    İlham Əliyev: "Sevindirici haldır ki, Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın"















    Prezident İlham Əliyev Türkiyəni təmsil edən azərbaycanlı atlet, 16-cı Dünya Atletika Çempionatında qızıl medal qazanan Ramil Quliyevi təbrik edib

    "İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm.

    Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan.

    Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan.

    Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR