AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Bayramov BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov ilə görüşdü

  • + A
  • - A
  • 24-09-2021, 17:35


    23 sentyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov ilə görüşüb.

    Görüşdə tərəflər Azərbaycan və Terrorçuluğa qarşı Mübarizə Komitəsi arasında əməkdaşlıq məsələlərini müzakirə etdilər və terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyət üzrə fikir mübadiləsi apardılar.

    Nazir Bayramov, ölkədə Qabaqcıl Sərnişin Məlumatı (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemlərinin inkişaf etdirilməsində Azərbaycanın əlaqədar qurumlarına göstərdiyi texniki dəstəyə görə BMT-nin Terrorçuluğa qarşı Mübarizə Komitəsinə təşəkkürünü bildirdi.

    Həmçinin Azərbaycana qarşı son təcavüzü zamanı Ermənistanın xarici terrorçu döyüşçülərdən istifadə etməsi barədə qarşı tərəfə məlumat verən nazir Ceyhun Bayramov bu xüsusda, xaricdə yaşayan erməni icma üzvləri tərəfindən Azərbaycanın suveren ərazilərində terror fəaliyyətini maliyyələşdirmək üçün qeyri-kommersiya təşkilatlarından sui-istifadə etməsini diqqətə çatdırdı.

    Vladimir Voronkov terrorçuluğa qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsini təqdir etdi və bu təcrübənin digər ölkələrlə mübadiləsinin əhəmiyyətini vurğuladı.

    Tərəflər eyni zamanda, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardılar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR