ABŞ-ın Ermənistandakı səfirliyi Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarətin gücləndirilməsi ilə əlaqədar öz vətəndaşlarına müraciət edərək Qarahunc-David-Bek və Kapan-Çakaten hissələrinə getməməyə çağırıb.
AzadMedia.az xəbər verir ki, bu barədə xəbərdarlıq noyabrın 18-də səfirliyin saytında dərc olunub.
“M2 və M17 avtomobil yollarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi ilə bağlı məlumatlar var. Səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin Qarahunc və David-Bek kəndlərindəki M17 magistral yolu və Qafan-Çakaten yolu ilə hərəkəti zərurət olmadıqca qadağandır”, - deyə səfirliyin məlumatında qeyd edilir.
Səfirlik həmçinin, ABŞ vətəndaşlarına Ermənistan-Azərbaycan sərhəd zonasında təmas xəttinə yaxın ərazilərə getməməyi də tövsiyə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.