Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq

Oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olacaq.
AZTB.info-nun Report-a istinadən verdiyi xəbərə görə, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə baş tutacaq.
Prezidentlər İlham Əliyev və Serj Sarkisyan həmsədrlərin təklifi əsasında Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcəklər.
 Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
