ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanından neft hasilatını artırmağı xahiş etmək üçün bu ölkəyə səfər etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-məlumatlı mənbəyə istinadən xəbər verir.
Daha əvvəl C.Bayden rəsmi Ər-Riyadı tənqid edib, lakin indi neftin qiymətinin artması fonunda Vaşinqton prioritetləri fərqli şəkildə müəyyənləşdirir və münasibətlərin normallaşması istiqamətində yanaşmaya yenidən baxır.
Ağ Ev Baydenin qarşıdan gələn səfərini şərh etməkdən imtina edərək, bu barədə məlumatların əksəriyyətinin "vaxtından əvvəl spekulyasiya" olduğunu qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.