Kəmaləddin Heydərov və Ramil Usubov təcili hadisə yerinə gəldi
Xətai rayonu ərazisində baş verən yanğınla bağlı ölkənin güc strukturlarının rəhbərləri hadisə yerinə gəlib.
"Qafqazinfo” xəbər verir ki, nazir Kəmaləddin Heydərov başda olmaqla FHN rəhbərliyi, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş prokurorun müavini Rüstəm Usubov hazırda yanğın ərazisindədir. Daxili işlər naziri Ramil Usubov da hadisə yerinə gəlib.
Qeyd edək ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib, hadisə nəticəsində 30-a yaxın şəxsin həlak olduğu bildirilir.