AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tayvan Rusiya və Belarusiyaya yüksək texnologiyalı malların ixracına məhdudiyyətləri genişləndirib

  • + A
  • - A
  • 5-01-2023, 10:12

    Tayvan Rusiya  və Belarusiyaya yüksək texnologiyalı malların ixracına məhdudiyyətləri genişləndirib

    Tayvanın İqtisadiyyat Nazirliyi Rusiya və Belarusa ixracı qadağan edilən yüksək texnologiyalı malların siyahısını genişləndirib. Azadmedia.az xarici kiv-lərə istinadən məlumatın Tayvan departamentin mətbuat xidmətinin yaydığını bildirib.
    Qeyd olunur ki, Tayvan yüksək texnologiyalı malların hərbi məqsədlər üçün istifadəsinin qarşısını almaq üçün siyahını genişləndirib. İqtisadiyyat Nazirliyi bu siyahıya ilk növbədə nüvə enerjisi maddələri, müxtəlif mal və materiallar, kimyəvi maddələr və dəzgahlara aid olan 52 maddə əlavə edib.
    Xatırladaq ki, Tayvan Rusiya Federasiyası və Belarusa qarşı ilk ixrac məhdudiyyətlərini 2021-ci ilin may ayında tətbiq edib. Sonra siyahıya sensorlar, lazerlər və aerokosmik məhsullar daxil olmaqla 57 məhsul daxil edilib.

    İqtisadiyyat Nazirliyi həmçinin Rusiya və Belarus bazarlarına yönəlmiş kiçik və orta biznesi dəstəkləyəcəyini və istehsalın digər bazarlara şaxələndirilməsinə kömək edəcəyini bildirib.
    Rusiyanın Ukraynada 24 fevral 2022-ci ildə başlayan hərbi əməliyyatını pisləyən Tayvan fevralın 25-də respublika Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı sanksiyalarına qoşulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR