Almaniya yaxın vaxtlarda Ukraynaya Leopard tankları göndərə bilər. Azadmedia.az xarici kiv-lərə istinadən xəbər verir ki, bu sözləri Almaniyanın İqtisadiyyat naziri Robert Habek deyib.
Bundan əvvəl Bundestaqın vitse-prezidentləri Katrin Goering-Eckardt və Volfgang Kubiki Ukraynaya Leopard tanklarının göndərilməsinin tərəfdarı olduqlarını bildiriblər. Onların fikrincə, Kiyevə Marder piyada döyüş maşınlarının tədarükü ilə məhdudlaşmaq “səhv olardı”. Berlin Ukraynanın müdafiə qabiliyyətini saxlaması üçün mümkün olan hər şeyi etməyə hazırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.