AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mixail Saakaşviliyə məhkəmədə diaqnoz qoyuldu – Səhhəti videobağlantı vasitəsilə uzaqdan danışmağa belə imkan vermədi…

  • + A
  • - A
  • 10-01-2023, 01:50

    Mixail Saakaşviliyə məhkəmədə diaqnoz qoyuldu – Səhhəti videobağlantı vasitəsilə uzaqdan danışmağa belə imkan vermədi…

    Gürcüstanın eks-prezidentinin müdafiə heyətionun xaricdə müalicəsində israrlıdır, amma Ədliyyə Nazirliyi yerli tibbə inanır.
    Tbilisi məhkəməsi tərəfindən 6 il həbs cəzası çəkən Gürcüstanın keçmiş lideri Mixail Saakaşvilinin müdafiəçiləri onun psixi xəstəlik, şəxsiyyətin deqradasiyası və dərin depressiyanın müalicəsi üçün Avropa klinikasına köçürülməsini tələb etməkdə davam edir. Yanvarın 9-da keçirilən dinləmələr zamanı məlum olub ki, 2021-ci il oktyabrın 1-də Tbilisidə həbs olunmazdan əvvəl Gürcüstanın eks-prezidenti başqa sakitləşdiricilərlə yanaşı, alkoqoldan da çox istifadə edib, bu yolla ruhi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Söylənən səbəblərin məhkəməyə nə qədər təsir edəcəyini söyləmək çətindir. Gürcüstanın Ədliyyə Nazirliyi yerli tibbə inanır və Saakaşvilinin xaricə getməsinə heç bir səbəb görməsə də, siyasətçinin vəkilləri və amerikalı həkimlər onun vətənində sağ qalmayacağına əmindirlər.
    Yanvarın 9-da keçirilən növbəti məhkəmə iclaslarında Gürcüstanın keçmiş prezidentinin işi ilə bağlı yeni maraqlı detallar məlum olub. Hakim Giorgi Pataridze yaxın bir neçə gün ərzində vəkil Şalva Xaçapuridzenin müvəkkili Mixail Saakaşvilinin psixi (ruhi) və nevroloji xəstəliklərin müalicəsi üçün Berlindəki Charite klinikasına köçürülməsi barədə vəsatəti əsasında yaxın bir neçə gün ərzində qərar qəbul etməlidir. İş üzrə təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Cəzaların İcrası Departamentidir (DİN). Nazir Rati Breqvadze dəfələrlə bildirib ki, o, Saakaşvilinin xaricə transferini zəruri hesab etmir. Onun fikrincə, siyasətçi ağır xəstə olsa belə, “Gürcüstanda sağaltmaq olar”.
    Müdafiə tərəfi Ədliyyə Nazirliyi rəhbərinin fikri ilə qətiyyən razılaşmır, çünki eks-prezident artıq 8 aydır ki, Tiflisdəki elit Vivamedi klinikasında müalicə olunur. İş o yerə çatıb ki, siyasətçi səhhətinə görə bəzən məhkəmə iclaslarında iştirak edə bilmir. Yanvarın 9-da o, yenidən prosesdən kənarlaşdırıldı – səhhəti videobağlantı vasitəsilə uzaqdan danışmağa belə imkan vermədi…

    Vəkil Xaçapuridzenin sözlərinə görə, xəstə “o qədər ağır xəstədir” ki, gürcü təbabətinin “onu sağaltmaq imkanı yoxdur”.

    Azadmedia.az Kommersant-a istinadən xəbər verir ki, əsas müdafiə arqumenti amerikalı psixiatr Devid Qoldsmitin Mixail Saakaşviliyə qoyduğu diaqnozdur. Mütəxəssis əmindir ki, siyasətçi “atipik demensiya”, yəni şəxsiyyətin deqradasiyası xəstəsidir. Hüquqşünaslar əmin edirlər ki, xəstəxananın palatasında xəstənin deviant (normadan kənara çıxması) davranışı da bunu sübut edir ki, bu da Ədliyyə Nazirliyinin bu yaxınlarda dərc etdiyi müvafiq kadrlarda özünü göstərir. Bazar ertəsi demensiya diaqnozu amerikalı nevroloq Şahin Lahan tərəfindən təsdiqləndi.

    Tərəflərin son debatları zamanı məlum oldu ki, Gürcüstanın keçmiş prezidenti 2021-ci il oktyabrın 1-də həbs olunmazdan xeyli əvvəl dərin depressiyadan əziyyət çəkib. O, antidepresanlarla yanaşı gündə müntəzəm olaraq iki şüşə konyak içirdi. Və bu, təbii ki, onun sağlamlığına təsir etməyə bilməzdi.

    Məhkəməyə ABŞ-dan videobağlantı vasitəsilə qatılan doktor Lahan vurğulayıb ki, Mixail Saakaşviliyə baxıb gəldiyi qənaətə görə, dərinləşən və pisləşən demensiya “qəfil ölüm təhlükəsi yaradır” və faktiki olaraq Gürcüstanda xəstəni müalicə etmək mümkün deyil.
    Ədliyyə Departamenti üçün amerikalı həkimlərin gəldiyi nəticələr hələ də təsir edici deyil. Məsələn, DIN nümayəndəsi Nika Abramişvili Kaliforniyadan olan bir mütəxəssisdən soruşub ki, “demensiya diaqnozu qoyulmuş şəxs hər gün bütün dünyada hər kəsə məktub yaza bilər”? Nevroloq bunun tamamilə mümkün olduğunu söyləyib.

    Tbilisidə Mixail Saakaşvili üçün taleyüklü məhkəmə prosesi necə keçdi?

    Məhkəmədə Abramişvili konkret olaraq Mixail Saakaşvilinin “Maqnitski siyahısı”nın müəllifi Uilyam Brauderə göndərdiyi sonuncu məktubuna işarə edib. Gürcüstanın eks-prezidenti amerikalı maliyyəçiyə “Sergey Maqnitskini öldürdükləri kimi öldürüldüyünü” deyib və kömək istəyib. Brauder dərhal cavab verib və cavab məktubunda Mixail Saakaşvilinin zəhərləmək, işgəncə vermək və öldürməyə cəhd edildiyini bildirmiş, Qərb hökumətlərinə təhvil verilməsini və sanksiyaların tətbiqini tələb etmişdir. Vəkil Şalva Xaçapuridzenin sözlərinə görə, Ədliyyə Nazirliyinin rəhbəri Rati Breqvadze bu siyahıda “bir nömrə” olacaq.
    Tərcümə etdi: Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR