AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Rusiyadan gələn Amerika təyyarələrinə yanacaq doldurmağı və xidmət göstərməyi dayandırıb - İDDİA

  • + A
  • - A
  • 16-03-2023, 23:44

    Türkiyə Rusiyadan gələn Amerika təyyarələrinə yanacaq doldurmağı və xidmət göstərməyi dayandırıb - İDDİA

    “AirportHaber” xəbər verir ki, Türkiyə hakimiyyəti Rusiya və Belarusdan gələn Amerika istehsalı olan təyyarələrə yanacaq doldurulması və texniki xidmət göstərilməsinin qadağan edilməsi barədə qərar qəbul edib.

    "Gömrük və Ticarət Nazirliyinin qəbul etdiyi qərara əsasən, Türkiyədə Rusiya təyyarələrinə yanacaq və müvafiq xidmətlərin göstərilməsi qadağan edilib", - nəşr yazır.

    Nəşr aydınlaşdırır ki, qadağa istənilən ölkədə istehsal olunan, 25%-dən çoxu Amerika mənşəli komponentlərdən ibarət olan və Rusiya və Belarusa istiqamət alan şəxsi, yük, kommersiya və çarter təyyarələrinə şamil edilir.

    Nəşrin məlumatına görə, tədbirlər Rusiyanın yeddi aviaşirkətinin – “Aeroflot”, “UTair”, “Rossiya”, “Azur Air”, “Yamal”, “S7 Airlines” və “İkar” (PegasFly), həmçinin bir Belarus və bir İran aviadaşıyıcısının işinə təsir edib.

    Azadmedia.az xatırladır ki, martın əvvəlində Türkiyə sanksiyalara məruz qalan malların Rusiyaya tranzitini dayandırıb. Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxovun dediyi kimi, iki ölkənin ticarət və iqtisadi idarələri bu vəziyyəti həll etmək üçün çalışırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR