Türkiyə aprelin sonunda TEKNOFEST-2023 aviasiya və kosmos texnologiyaları festivalında qısa uçuş zolağına malik gəmilərə qalxıb-eniş edə bilən dünyanın ilk pilotsuz uçuş aparatını təqdim edəcək. Azadmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bayraktar TB3 PUA-nı Türkiyənin Baykar şirkəti təqdim edəcək. Tədbir aprelin 27-dən mayın 1-dək İstanbulun Atatürk hava limanında baş tutacaq.
Agentliyin məlumatına görə, "Baykar Makina"nın texniki direktoru Səlcuq Bayraktar və baş icraçı direktoru Haluk Bayraktar daha əvvəl Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana şirkətin yeni layihələri barədə məlumat veriblər.
“Anadolu”nun məlumatına görə, Bayraktar TB3-ün hərəkətləri həm kəşfiyyat, həm də müşahidə və zərbə məqsədləri üçün çox böyük məsafələrdə idarə oluna biləcək. Nəşr vurğulayır ki, funksionallığı sayəsində yeni pilotsuz uçan aparat Türkiyənin hərbi potensialının gücləndirilməsinə ciddi töhfə verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.