Çin və Rusiya Ukrayna böhranı fonunda ikitərəfli əlaqələri gücləndirməkdə davam edir, lakin bu cür münasibətlər üçüncü ölkələrə qarşı yönəlməyib.Azasmedia.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bazar ertəsi brifinqdə Çinin müdafiə naziri Li Şanfunun Rusiyaya səfərini şərh edərkən bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.
“Vurğulamaq istərdim ki, Rusiya-Çin ikitərəfli əməkdaşlığı həmişə bloklara qoşulmamaq, qarşıdurma və üçüncü tərəflərə qarşı yönəlməmək prinsiplərinə əsaslanıb. Ölkələr böyük dövlətlər arasında qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni tipli münasibətləri inkişaf etdirir”, - deyə Vanq Venbin bildirib.
Diplomat vurğulayıb ki, Çin iki liderin əldə etdiyi mühüm konsensusun həyata keçirilməsi və yeni dövrdə hərtərəfli strateji əməkdaşlıq və tərəfdaşlığın inkişafına kömək etmək üçün Rusiya ilə əməkdaşlığa hazırdır.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi Li Şanfunun aprelin 16-dan 18-dək Rusiyaya səfər edəcəyini, Çinin müdafiə departamenti isə səfərin aprelin 16-dan 19-dək davam edəcəyini bildirmişdi. Bu, Li Şanqfunun 2023-cü ilin martında Çin ordusunun başçısı təyin edildikdən sonra ilk xaricə səfəridir. Bazar günü Rusiya prezidenti Vladimir Putin Li Şanqfu ilə işgüzar görüş keçirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.