Litva Rusiya elektrik şəbəkəsindən sınaq kəsilməsini və öz enerji təchizatı sisteminin təcrid olunmuş işini həyata keçirib. Azadmedia.az xəbər verir ki, bu barədə Litvanın elektrik şəbəkəsi operatoru Litgrid-in press-relizində deyilir.
Sınaqlar səhər saat 11-dən axşam 9-a qədər (Moskva vaxtı ilə üst-üstə düşür) aparılıb. Operatorun qeyd etdiyi kimi, Litvanın elektrik ötürücü sistemi ilk dəfə Rusiyadan təcrid olunmuş şəkildə işləmişdir. Bu dövrdə elektrik enerjisi yerli elektrik stansiyaları tərəfindən, eləcə də İsveç və Polşadan idxal hesabına təmin edilib.
Sınaq Litva, Latviya və Estoniyanın Rusiya və Belarusun enerji sistemlərindən tamamilə ayrılmasına hazırlıq çərçivəsində baş tutub. Bunun üçün adıçəkilən ölkələrin enerji sistemlərinin sinxron rejimini həyata keçirən BRELL enerji halqasını tərk etməlidirlər.
Bağlanma əvvəlcə 2025-ci ilə planlaşdırılıb. 2022-ci ilin yayında Litva nəticəni vaxtından əvvəl - artıq 2024-cü ildə əldə etməyi təklif etdi. Estoniya və Latviyadakı operatorlar bu vaxta qədər BRELL ilə əlaqəni kəsməyə hazır olmadıqlarını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.