AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə hakimiyyəti zəlzələlər zamanı fədakarlıq göstərən 55 min yerli və xarici vətəndaşı mükafatlandıracaq

  • + A
  • - A
  • 25-04-2023, 23:52

    Türkiyə hakimiyyəti zəlzələlər zamanı fədakarlıq göstərən 55 min yerli və xarici vətəndaşı mükafatlandıracaq

    Türkiyədə baş verən zəlzələlər zamanı fədakarlıq göstərən 55 min yerli və xarici vətəndaşa medal veriləcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Fədakarlığa görə” medalının təqdimetmə mərasimində deyib.

    “Biz heç kimin yaşadıqlarımızı yaşamasını istəmirik, lakin təbii fəlakətlərin həyatın reallığı olduğunu unutmuruq. Bizi bu günlərdə 90 ölkədən 11320 komanda dəstəklədi. Dünyanın müxtəlif yerlərindən olan qardaşlarımızın dəstəyini hiss etdik”, - deyə Ərdoğan bildirib.

    Azadmedia.az xatırladır ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Episentri Kahramanmaraş vilayətinin Pazarcık bölgəsində olan zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib. Zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi fəsadlar törədib. Bundan sonra ölkədə daha bir neçə güclü zəlzələ baş verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR