AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin nümayəndəsi: "Pekin Ukraynadakı münaqişənin "öz qaydasında" həllinə kömək edəcək

  • + A
  • - A
  • 18-05-2023, 11:42

    Çin nümayəndəsi: "Pekin Ukraynadakı münaqişənin "öz qaydasında" həllinə kömək edəcək

    Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui hesab edir ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün universal üsul yoxdur. Eyni zamanda o vurğulayıb ki, Pekin Ukraynada humanitar vəziyyətin yumşaldılmasında konstruktiv rol oynamaq niyyətindədir. O, bu barədə Kiyevə səfəri zamanı danışıb.
    “Münaqişənin həlli üçün möcüzəvi panacea yoxdur. Bütün tərəflərin öz mövqelərindən çıxış edərək, qarşılıqlı inam toplaması lazımdır. Mövcud humanitar böhranın həllində Çin həmişə özünəməxsus şəkildə hərəkət edərək konstruktiv rol oynayacaq”, - Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi bildirib.

    Mayın 16-da Li Hui Avropa turnesinə başladı. Səfər Rusiya və Ukrayna arasında münaqişənin həlli yollarını tapmaq məqsədilə təşkil edilib. Li Hui artıq Kiyevə səfər edib və orada xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. Səfərlər bağlı qapılar arxasında keçirilir: turun müddəti və görüşlərin qrafiki əvvəlcədən açıqlanmır. Xüsusi nümayəndənin Polşa, Fransa, Almaniya və Rusiyaya da səfəri gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR