AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Messi karyerasını davam etdirəcəyi klubun adını çəkib

  • + A
  • - A
  • 7-06-2023, 23:48

    Messi karyerasını davam etdirəcəyi klubun adını çəkib

    Messi amerikalı "İnter Mayami"yə keçidini açıqlayıb
    Argentinalı hücumçu Lionel Messi Amerikanın "İnter Mayami" futbol klubu ilə müqavilə imzaladığını açıqlayıb.

    İspaniyanın "Mundo Deportivo" qəzetinə müsahibə verən Messi "Barsa"ya qayıtmıram, "İnter Mayami"yə gedirəm" deyib.

    Müqavilə 2025-ci ilin yayına qədər qüvvədədir.

    İyunun 3-də Messi Fransa çempionatının 38-ci turunda "Klermon"a qarşı meydana daxil olaraq Fransa Paris Saint-Germain komandasının tərkibində son matçını keçirdi. Messinin parislilərlə müqaviləsi iyunda başa çatdı, o, azad agent kimi İnter Mayamiyə keçdi.

    O, 2021-ci ildə PSJ-yə keçib. Bundan əvvəl hücumçu bütün karyerası boyunca "Barselona"da çıxış edib. Kataloniyalılar argentinalını kluba qaytarmaq istədiklərini dəfələrlə dilə gətiriblər, lakin komandanın futbolçularının maaş limitinə qoyulan maliyyə məhdudiyyətləri buna mane olub.

    Messi ilə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu da ciddi maraq göstərirdi. Mətbuatın yazdığına görə, o, argentinalıya 1,5 milyard avro dəyərində 3 illik müqavilə təklif etməyə hazırdı.

    Daha əvvəl Paris Saint-Germain-in fransız hücumçusu Kilian Mbappe ən azı daha bir mövsüm komandada qalacağını təsdiqləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR