Rusiyanın Soçi şəhərində işgüzar səfərdə olan Baş Nazir Əli Əsədov cümə axşamı Kuba Respublikasının Baş naziri Manuel Marrero Kruz ilə görüşüb. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə iki ölkə arasında fəal siyasi dialoqun qurulduğu bildirilib, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan ilə Kuba arasında beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Hökumət başçıları iki ölkə arasında ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.