AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qırğızıstanla turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub

  • + A
  • - A
  • 4-07-2023, 16:49

    Qırğızıstanla turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub

    Azərbaycanla Qırğızıstan arasında turizm əlaqələrinin inkişaf perspektivləri iyulun 4-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev arasında keçirilən görüşdə müzakirə olunub.

    Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, birgə təbliğat tədbirlərinin keçirilməsinin və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

    Həmçinin qarşılıqlı tanıtım səfərlərinin təşkili və turist mübadiləsinin artırılması üçün birbaşa uçuşların əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.

    Səfir Kayrat Osmonaliyev tərəfindən bildirilib ki, cari ilin 22 iyul tarixindən etibarən Bişkek və Bakı arasında həftədə 1 dəfə olmaqla birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır.

    Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında Qırğızıstandan Azərbaycana 1733 nəfər səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 51% artım deməkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR