AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran siyasətçiləri və mediası Azərbaycanla əlaqələr haqqında

  • + A
  • - A
  • 4-07-2023, 22:50

    İran siyasətçiləri və mediası Azərbaycanla əlaqələr haqqında

    İran hakimiyyətinin önəmli şəxsləri Azərbaycanla münasibətlərin normallaşmasının vacibliyinə diqqət yetirirlər.

    İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti dəfələrlə İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

    Vilayəti “İA Tasnim” üçün yazdığı məqalədə Azərbaycan xalqının İran tarixində oynadığı əsas rolu, İran ölkəsini qorumaq və inkişaf etdirmək üçün atdığı mühüm addımları yüksək qiymətləndirib. “Bu gün demək lazımdır ki, hər bir azərbaycanlı iranlıdır, hər bir iranlı isə azərbaycanlıdır. Bu, onların qeyri-İran pasportu olsalar da və ya İrandan kənarda yaşasalar da belədir” deyən liderin müşaviri “mən də azərbaycanlıyam” deyib. Əli Əkbər Vilayəti həmçinin bildirib ki, “İran İslam Respublikası İslam İnqilabından sonra 15 qonşu ölkədən heç birinə hücum etməyib”.

    Azərbaycanla ikitərəfli münasibətlərə müsbət baxan digər iranlı siyasətçilərin dediklərini təqdim edirik:

    Əli Nikzad, İran və Azərbaycan parlamentlərinin dostluq qrupunun rəhbəri:

    “Azərbaycan səfirliyində baş verən insidentin siyasət və təhlükəsizliklə heç bir əlaqəsi yoxdur, biz şəxsi düşmənçiliyin təzahürü ilə üzləşirik. Bu, acı hadisədir, dost Azərbaycan xalqına başsağlığı veririk”.

    İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pak Ayin isə yanvar ayında deyib:

    “Ölkələrimizin fərqliliklərdən çox ortaq cəhətləri var”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR