AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Qırğızıstan biznes əməkdaşlığının inkişafını müzakirə ediblər (foto)

  • + A
  • - A
  • 8-08-2023, 23:35

    Azərbaycan və Qırğızıstan biznes əməkdaşlığının inkişafını müzakirə ediblər (foto)

    Azərbaycan və Qırğızıstanın işgüzar dairələri arasında əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

    AZPROMO-nun rəhbəri Yusif Abdullayev Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Temir Sariyev ilə görüşüb. Görüşdə iki ölkənin sahibkarlıq subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, iki struktur arasında təcrübə mübadiləsinə dair razılıq əldə olunub.

    Görüş zamanı Azərbaycan-Qırğızıstan İnkişaf Fondu çərçivəsində potensial layihələr də müzakirə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR