Sabah Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçiriləcək. Bu barədə İran mətbuatı məlumat yayıb.
İran mətbuatı xəbər verir ki, Azərbaycan-İran birgə hərbi komissiyası Azərbaycanın paytaxtında iclas keçirəcək.
“Tasnim” agentliyinin məlumatına görə, görüş sabaha planlaşdırılıb.
Agentliyin məlumatında avqustun 22-də Azərbaycan Müdafiə Nazirliyinin rəhbəri Zakir Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqiri arasında baş tutan telefon danışığına da istinad edilir.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər. Həsənov və Baqeri təhlükəsizliklə bağlı mövzular ətrafında da fikir mübadiləsi aparıblar. Bundan əlavə, söhbət iştirakçıları ikitərəfli hərbi əməkdaşlığın gələcək inkişaf perspektivlərindən də danışıblar.
İran-Azərbaycan-Türkiyə formatı
Bir həftə əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehrana səfər edib və burada prezident və bu ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlar aparıb. Görüşdən sonra Hüseyn Əmir Abdollahian bəyan edib ki, Tehran İran-Azərbaycan-Türkiyə üçtərəfli formatının bərpasını dəstəkləyir.
İranlı diplomat vurğulayıb ki, Tehran Fidanın səsləndirdiyi Qafqazda sülh və sabitliyin dirçəldilməsi və müvafiq olaraq, əsas məqsədi güclü əməkdaşlığın qurulması olan Bakı-Ankara-Tehran formatının yenidən işə salınması ilə bağlı Ankaranın təklifi ilə tam razıdır. Abdullahiyan da bu məsələ ilə bağlı birgə addımlar atdığını açıqlayıb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.