İlham Əliyev yeni fond yaratdı
Azərbaycan Prezidenti İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, fond Diasporla İş üzrə Dövlət Komitəsi nəzdində hüquqi şəxs statusuna malikdir.
Prezident İlham Əliyev həmçinin fondun nizamnaməsini də təsdiq edib.
Sənədə əsasən, nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanının yaradılması və onun səlahiyyətlərinin müəyyənləşdirilməsi, fondun yenidən təşkil və ləğv edilməsi Azərbaycan prezidentinin səlahiyyətlərinə aiddir.
Fondun strukturunu, ştat cədvəlini və əmək haqqı fondunu Nazirlər Kabineti təsdiqləyəcək.