AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Artur Rasi-zadə axır ki...gedir: 1-ci vitse-prezident baş nazirin rolunu sıfırladı -Təcili

  • + A
  • - A
  • 22-02-2017, 09:37

    Artur Rasi-zadə axır ki...gedir: 1-ci vitse-prezident baş nazirin rolunu sıfırladı -Təcili

















    Baş nazir Artur Rasi-zadə vəzifədən təntənəli surətdə yola salınır

    1-ci vitse-prezident təyinatı baş nazirlik funksiyalarını arxa plana keçirir.

    Nazirlər Kabinetinin fəaliyyəti formal olaraq saxlansa da, baş nazirin təqaüdə göndərilməsi qərara alınıb. A.Rasi-zadə fəxri baş nazir və iqtidarın etibarlı kadrı kimi vəzifədən evə göndərilir. Stajlı baş nazir üçün təntənəli mərasim hazırlanması da nəzərdə tutulub.

    Prezident İlham Əliyev ölkənin birinci ledisi Mehriban Əliyevanı vitse-prezidentlik institutunun 1-ci postuna təyin etdi. Bu da avtomatik baş nazirin vəzifələrinin əhəmiyyətini azaldır.

    Politika.Az-a verilən məlumata görə, Prezident Administrasiyası rəsmiləri referendum ərəfəsində Nazirlər Kabinetinin islahatların lokomotivi olmadığını açıq şəkildə qeyd ediblər.

    Bu çıxışlar onu deməyə əsas verir ki, vitse-prezidentlik institutu NK-nı lazımsız quruma, qocalar evinə çevirəcək. Çünki M.Əliyeva Nazirlər Kabinetinin bir çox hallarda işlərini görürdü.

    Fevralın 26-da 83 yaşı olacaq hörmətli Rasi-Zadənin yaşı və səhhəti ilə əlaqədar baş nazir vəzifəsindən getməsinə razılıq verilməsi üçün indiyə qədər iki dəfə ölkə rəhbərliyinə müraciət etdiyi bildirilir.

    Ölkə rəhbərliyinin isə ona bir qədər də gözləməyi tövsiyə elədiyi, başlanan struktur islahatlarının mərhələli şəkildə davam etdiyi və prosesin gedişində baş nazir məsələsinin də aydınlaşacağının çatdırıldığı qeyd edilir.

    Xəbərdə vurğulanır ki, vitse-prezidentlərin təyinatından sonra baş nazir postunun və ümumiyyətlə, Nazirlər Kabinetinin hazırkı şəkildə saxlanmasının əhəmiyyəti qalmaya bilər. Hətta mümkündür ki, baş nazir vəzifəsi ləğv edilsin.

    Belə olduğu halda Artur Rasi-Zadə Azərbaycanın həm vəzifəcə (23 ilə yaxın), həm yaşca ən uzun ömürlü baş naziri olmaqla yanaşı, sonuncu baş naziri kimi də tarixə düşəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR