Nazir direktoru işdən çıxardı

Səhiyyə naziri Oqtay Şirəliyev direktoru işdən çıxarıb.
Səhiyyə Nazirliyinin S. İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev vəzifəsindən azad edilib. Müvafiq qərarla Tahir Vəliyev Stansiyanın direktoru vəzifəsinə təyin edilib.
Xəbəri S. İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasından Unikal.org-a təsdiqləyiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.