“İnstagram”ın həkim və kosmetoloqlarının yalanları – Sizi belə aldadırlar (FOTOFAKT)

Qadınların gözəlləşmək istəyi illərdir ki, var. Xanımlar hər zaman baxımlı, gözəl görünmək üçün pul və zaman xərcləyirlər.
Gözəlləşmək üçün xanımlarımızın üz tutuduğu yerlər sırasında ilk növbədə gözəllik salonları, kosmetloqlar, plastik əməliyyat üzrə mütəxəssislər və sonda idman zalları gəlir. Bu sahədə gəlirin olması peşəkarlarla yanaşı fırıldaqçıların da peydə olmasına yol açır.
Minval.info xəbər verir ki, bir çoxlarının sosial şəbəkə olan “İnstagram”ı axtarış sistemi kimi istifadə etməsi, burada da hər gün yeni bir “kosmetloq”un, “həkim”in, gözəllik üzrə “mütəxəssis”in yaranmasına səbəb olur. Onların böyük hissəsinin diplomu belə yoxdur və ya evdən çıxmadan diplom alıblar. Nə üzrə diplomları olmasa da, bəzilərinə aldatmaq üzrə mütəxəssis olduqları üçün diplom vermək olar.
Belə ki, kosmetoloqlar, həkimlər və digələri bəzən uğurlu işlərini paylaşır, bununla özlərinə yeni müştərilər cəlb edirlər. Amma aralarında elələri də var ki, internetdən götürdükləri fotoları paylaşaraq, öz əl işləri kimi göstərirlər. Bu zaman onlar saxta “instagram” hesabı açaraq, özlərinə tərif dolu mesaj yazıb, foto göndərirlər. Sonra bu yazışmanın fotosunu “kosmetloq” paylaşıb, “Daha bir möhtəşəm işim” yazır.
Bunlardan bir neçəsi elə sosial şəbəkədə ifşa edilib.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.