AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

COVID-19-a yoluxmuş xəstə ilə təmasda olan şəxsə 48 saat ərzində müalicə təyin olunmalıdır

  • + A
  • - A
  • 29-04-2020, 12:24

    COVID-19-a yoluxmuş xəstə ilə təmasda olan şəxsə 48 saat ərzində müalicə təyin olunmalıdır


    “COVID-19 infeksiyasına yoluxmuş və ya yoluxmaya şübhəli xəstələrin tibbi təxliyyəsi dərhal xüsusi nəqliyyatda əksepidemik rejimə ciddi riayət edilməklə həyata keçirilməlidir”.

    Bu barədə Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin “İnsanlar arasında koronavirusların profilaktikası, diaqnostikası və müalicəsinə dair” hazırladığı təlimatlarda əks olunub.

    Bildirilir ki, yeni koronavirus infeksiyasının törətdiyi xəstəliyə yoluxmuş və ya yoluxmaya şübhəli şəxs xüsusi nəqliyyat vasitəsilə təxliyyə edilməlidir. COVID-19-a yoluxmuş xəstələrə tibbi yardım müalicə müəssisələrində təcili, ilkin sanitar-tibbi, ixtisaslaşdırılmış tibbi yardım formalarında həyata keçirilməlidir.

    Eyni zamanda qeyd olunur ki, infeksion xəstəliyə yoluxmuş pasiyentlərə təcili, eləcə də təcili ixtisaslaşdırılmış tibbi yardım xüsusi həkim briqadaları tərəfindən göstərilir. Pasiyentin tibbi evakuasiyası üçün bir həkim mütəxəssis, bir feldşer, bir sanitar və bir sürücü ayrılır. Onlar mütləq şəkildə mühafizə geyimində və əlavə olaraq müşəmbə önlükdə olmalıdırlar. Pasiyenti nəqliyyatın daxilində üfüqi vəziyyətdə, arxası üstdə yerləşdirib kəmərlə rəbt etməlidirlər. Təcridedici nəqliyyat tibbi yardım göstərmək üçün lazımi vəsaitlər və dərmanlarla təchiz edilməlidir. Tibb işçiləri xəstənin qəbulunu, təcridedici nəqliyyat boksuna yerləşdirilməsini və müşayiət edilməsini təmin etməlidirlər.

    Həmçinin bildirilir ki, koronavirus infeksiyasının dərman profilaktikasının təyin olunma müddəti infeksiya mənbəyi ilə son təmas vaxtından ehtimal olunan inkubasiya dövrü həddində təyin olunur. İnfeksiyanın dərman profilaktikası xəstə ilə təmasdan sonra ilk 48 saat ərzində aparılmalıdır.

    Ümumiyyətlə, COVID-19 infeksiyasına yoluxmuş və ya yoluxmaya şübhəli xəstələrlə təmasda olmuş bütün şəxslərə qeyri-spesifik dərman profilaktikasının aparılmalı olduğu qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR