AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Peyvənd olanlar maskasız gəzə biləcəklər

  • + A
  • - A
  • 28-04-2021, 08:19

    Peyvənd olanlar maskasız gəzə biləcəklər

    ABŞ-da vaksinasiyadan keçənlərin maska taxmadan küçəyə çıxa biləcəkləri açıqlanıb.

    Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərin Nəzarət və Qarşısının Alınması Mərkəzinin tövsiyə məqsədli yeni koronavirus tədbirlərində deyilir.

    Bildirilib ki, iki doza vaksin vurulmuş şəxslər maskasız çölə çıxa, idman tədbirlərinə qatıla və çox insanın olmadığı yerlərdə yemək yeyə bilərlər. Bu şəxslərin qapalı məkanlarda da maska və sosial məsafəsiz görüşə biləcəkləri ifadə edilib.

    Gözəllik salonları, ticarət mərkəzləri, kino və teatr salonlarında isə maska taxılmağa davam edilməsi tövsiyə olunub.

    Açıqlamada vaksinasiyadan keçməmiş şəxslərin də açıq havada gəzə biləcəkləri, qaça biləcəkləri, peyvəndlənmiş ailə üzvləri və ya dostlarla açıq havada görüşə biləcəkləri qeyd edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR