AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaşlı qadın Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülüb

  • + A
  • - A
  • 2-06-2021, 16:57


    Gədəbəy rayonun Nova İvanovka kəndində ahıl qadının şiddət görməsi ilə bağlı Kəmalə Ağazadə tərəfindən paylaşılan görüntülər dərhal Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırılıb.
    Məlum olub ki, yayılan görüntülərdə haqqında bəhs edilən qadın 6 noyabr 1934-cü il təvəllüdlü Daşkəsən rayonunun Kəmərqaya kəndində qeydiyyatda olan Səkinə Bayram qızı Həsənovadır.
    Agentliyin 26 saylı filialının əməkdaşları Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə dərhal həmin ünvanda vəziyyətlə yerindəcə tanış olublar.
    Qohumu Qəzənfər adlı şəxsin yanında qaldığı bildirilən və kobud rəftara məruz qalan vətəndaş Səkinə Həsənova hüquq mühafizə orqanı əməkdaşlarının iştirakı ilə saxlanıldığı yerdən götürülüb.
    O Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilir. Burada onun psixoloji vəziyyətinin qiymətləndirilməsi, sağlamlığına nəzarət və digər zəruri ehtiyaclarının qarşılanması üçün lazımi tədbirlər davamlı olaraq həyata keçiriləcək.
    Səkinə Həsənovanın zorakılığa məruz qalması ilə bağlı video görüntülər isə hüquq mühafizə orqanları tərəfindən araşdırılır və bu barədə məlumat veriləcək.
    Səkinə nənə barəsində xəbər verən hər kəsə, eyni zamanda proses boyu dəstəyini əsirdəməyən Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkürümüzü bildiririk!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR