Nazirlik əhaliyə xəbərdarlıq etdi: sentyabrın 12-si səhərədək...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşıdakı iki gündə gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. 
AZXEBER.COM nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 11-i gündüzdən 12-si səhərədək  bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: "Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur”.
 Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
