"Belə fikirlər var ki, guya, çörəyin qiyməti yenidən artacaq. Ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxladım, bildirildi ki, belə bir məsələ yoxdur. Xidmət tərəfindən monitorinqlər keçirilir".
Bunu "AZadmedia.az"a açıqlamasında deputat Vahid Əhmədov deyib. Taxılın idxalı məsələsinə gəlincə, deputat bildirib ki, taxıl bir çox ölkədə satılır:
"Pakistan kifayət qədər taxıl ixrac edir. Qazaxıstanla müqaviləmiz var ki, bu ölkədə taxıl problemi yoxdur. Oradan idxal edirik. Bu, bizim daxili bazara təsir etməli deyil. Çörəyin qiyməti yeni qalxıb. Taxılı istənilən ölkədən alıb gətirmək olar. Vaxt var idi, uzaq Latın Amerikası ölkələrindən taxıl alırdıq. Əsas odur ki, vəsait var. Bu baxımdan bizim ölkədə taxılda problem yaranmamalıdır. Dövlət Ehtiyatlar Agentliyi taxıl ehtiyatı ilə ciddi məşğul olur. Yaxın zamanlarda qiymət artımlarının olacağını gözləmirəm. Rusiya ilə bağlı sanksiyalar uzunmüddətli olarsa, müəyyən problemlər yarana bilər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.