AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

”AzTV-nin sədrini adam öldürməkdə ittiham edirlər, heç kim reaksiya vermir”

  • + A
  • - A
  • 7-05-2018, 11:21

    ”AzTV-nin sədrini adam öldürməkdə ittiham edirlər, heç kim reaksiya vermir”















    Deputat: ”Söhbət 5-10 manat oğurlamaqdan getmir, adam öldürməkdən gedir”

    “AzTV-nin sədri Arif Alışanovu məhkəmədə adam öldürməkdə ittiham edirlər, heç kim reaksiya vermir”. Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

    Deputat bildirib ki, məhkəmələrin rolunu artırmaq üçün ciddi addımlar atılmalı, məhkəmələrdə səsləndirilən ittihamlara, qəbul olunan qərarlara ciddi yanaşma olmalıdır:

    “Doğru, ya səhvdir, bilmirəm, amma məhkəmədə səslənən ittiham var ortada. Söhbət 5-10 manat oğurlamaqdan getmir, adam öldürməkdən gedir, özü də məhkəmədə səsləndirilən ittihamdan”.

    Sözügedən ittihamı Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanova və ailə üzvlərinə sui-qəsddə ittiham edilərək həbs edilən dəstə üzvlərindən biri Şücaət Əkbərov səsləndirib.

    O verilən ittihamları qəbul etmədiyini, Arif Alışanovun bir neçə il əvvəl Şamaxıya bir qızla gələrək, həmin qızı dağdan atdığını, bu hadisəni bildiyi üçün də Arif Alışanovun onu tutdurduğunu bildirib.

    Qarşı tərəfin vəkilləri isə bu məlumatı təkzib ediblər.

    Meydan Tv


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR