AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünyanın ən yaxşı 1000 universiteti: Azərbaycan yenə siyahıda yoxdur

  • + A
  • - A
  • 30-05-2018, 11:08

    Dünyanın ən yaxşı 1000 universiteti: Azərbaycan yenə siyahıda yoxdur















    Dünya Universitet Reytinq Mərkəzi (CWUR) 2018-2019-cu təhsil üçün dünyanın ən yaxşı 1000 universitetinin siyahısını tərtib edib.

    AZXEBER.COM qurumun saytına istinadən xəbər verir ki, siyahıda ABŞ universitetlərinin açıq fərqlə liderliyi nəzərə çarpıb.

    Bu ölkənin 213 universiteti həmin siyahıda özünə yer tapa bilib. İlk 20 pillədə isə 16 ABŞ universiteti qərarlaşıb.

    Maraqlısı budur ki, Azərbaycanın heç bir universiteti yenə siyahıya düşə bilməyib.

    Bundan başqa, qonşularımızdan Ermənistan və Gürcüstan da reytinqdə yer ala bilməyib. Qardaş Türkiyənin isə 13 universiteti ən yaxşılar sırasına daxil edilib. İranın 12, Rusiyanın da 5 universiteti 1000 universitet arasında qərarlaşıb.

    Qeyd edək ki, reytinq siyahısı təhsil səviyyəsi, əmək bazarında məzunlara duyulan ehtiyac, elmi nəşrlərin keyfiyyəti, elmi sahəyə təsiri və istinad olunması kimi kriteriyalar əsasında hazırlanıb.

    Dünyanın ən yaxşı 1000 universiteti: Azərbaycan yenə siyahıda yoxdur


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR