AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Bayramov məktəbəhazırlıq qrupları barədə qərar verdi

  • + A
  • - A
  • 26-07-2018, 09:54

    Ceyhun Bayramov məktəbəhazırlıq qrupları barədə qərar verdi














    Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.
    Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə tapşırılıb ki, aidiyyəti yerli təşkilatlarla birgə 2018-2019-cu dərs ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq 2013-cü ildə anadan olmuş uşaqların sayını dəqiqləşdirsinlər, müəllimlərin və ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblərin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görsünlər.

    Eyni zamanda, təhsil şöbələri məktəbəhazırlıq qruplarının müəllimlərinin, əsasən, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş və həmin dərs ilində IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilməsini nəzarətdə saxlamalı və oktyabrın 15-dək əlavə olunan forma üzrə məlumatı və görülən işlər barədə yazılı hesabatı Təhsil Nazirliyinə göndərməlidirlər.

    Bundan başqa, məktəbəhazırlıq qruplarına uşaqların qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan, Abşeron, Yevlax, Samux rayon (şəhər) təhsil şöbələri tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərinin məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatının mektebeqebul.edu.az sistemində aparılması təmin edilməlidir.

    Əmrdə qeyd olunub ki, məcburi köçkün rayonlarının məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb edilməlidir.
    Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

    Nazir imzaladığı digər müvafiq əmri ilə məktəbəhazırlıq qrupları üçün 2018-2019-cu dərs ilinə aid tədris (məşğələ) planını da təsdiq edib. Tədris (məşğələ) planına dair “Qeydlər”ə əsasən, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir: - qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq; - şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

    Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb və mayın 31-də başa çatacaq. Məktəbəhazırlıq məşğələləri həftədə 4 (dörd) gün keçilir.

    Bir gün ərzində 3 (üç) məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları nəzərdə tutulmur. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir. Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılır. Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür: - I yarımil: 1 oktyabr-26 yanvar; - II yarımil: 1 fevral-31 may. 11. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur: - 5 gün payız tətili (16-20 noyabr); - 5 gün qış tətili (27-31 yanvar); - 5 gün əlavə tətil (1-5 may).


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR