AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətəndaşın başına qəribə olay gəlib... - GİLEY

  • + A
  • - A
  • 13-08-2018, 12:52

    Vətəndaşın başına qəribə olay gəlib... - GİLEY














    Vətəndaşların “Azərişıq”dan olan narazılığı davam edir. İnsanlar sosial şəbəkə vasitəsiylə onlara gələn aylıq işıq pulu borcunun ötən aylara nisbətən dəfələrlə çox olduğunu bildirirlər. Məsələnin ictimailəşdiyini görən “Azərişıq” ASC keçən şənbə günü mətbuat konfransı keçirib. Qurumun səlahiyyətli nümayəndələri bildirdilər ki, elektrik sayğaclarına heç bir müdaxilədən söhbət gedə bilməz və sayğaclara hər hansı fiziki müdaxilə mümkünsüzdür.

    Redaksiyamıza sözügedən problemlə müraciət edən Esmira Mikayılovanın şikayəti isə qeyri-müəyyən borc problemindən daha qəliz və izahedilməzdir. Hər halda vətəndaşın yaşamadığı mənzildə yandırmadığı elektrikə görə 22 manat 80 qəpik borc qəbzinin gəlməsini necə izah etmək mümkündür ki?!

    Şikayətçimiz yazır ki, “Sovetski”də, daha dəqiq - Yasamal rayonu Süleyman Tağızadə küçəsi dalan 5, ev 2 ünvanını - 25 iyun tarixindən tərk ediblər. Dövlət proqramına əsasən yaşayış və qeyri-yaşayış evləri vətəndaşlara kompensasiya ödənilmək şərtiylə dövlət ehtiyacları üçün alınıb. Lakin dəfələrlə şikayət edilməsinə baxmayaraq boş qalan evin elektrik naqilləri kəsilib çıxarılmayıb. Ayın sonunda məlum olub ki, bir aydan çoxdur yaşayış olmayan evə 22 manatdan çox işıq borcu gəlib.

    Şikayətçi bildirir ki, məsləni aydınlaşdırmaq məqsədi ilə “Azərişığ”ın qaynar xəttinə, Yasmal rayonunun müvafiq dövlət orqanlarına şikayət etsə də, qənaətbəxş cavab ala bilməyib. Nəhayət sahə inspektoru yuxarıda qeyd olunan ünvana gələrək baxış keçirib və bildirib ki, vətəndaşın adı siyahıdan çıxarılmayıb və mənzildə yaşayış mövcuddur.

    Mikayılova Esmira alqı-satqı müqaviləsini də bizə göndərib. Dövlət tərəfindən təqdim edilən sənəddə açıq-aydın göstərilir ki, 28 iyun 2018-ci ildə alqı-satqı müqaviləsi əsasında şikayətçi evini dövlətə satıb. Nəzərə çatdıraq ki, sözügedən alqı-satqı müqaviləsi “Azərişıq”, “Azəriqaz” və digər komunal xidmətlərin borcları tam ödəniləndən və notariusda təsdiq ediləndən sonra vətəndaşa təqdim edilir. Belə olan halda ortaya sual çıxır: “Azərişıq” dövlətə satılan və yaşayış olmayan evə hansı əsasla 22 manat 80 qəpiklik borc yazıb?

    İnanırıq ki, “Azərişıq” bu məsləni araşdırıb obyektiv cavab verəcək, son günlər sayı hesabı bilinməyən şikayətçilərinin birinin narazılığını aradan qaldıracaq. \\faktxeber.com\\

    Vətəndaşın başına qəribə olay gəlib... - GİLEY


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR