12 yanvar 2026-cı il tarixində Masallı şəhər İsgəndərli ərazisində yaşayan, I Qarabağ müharibəsi şəhidi Novruzov Fuadın atası Qorxmaz Novruzov vəfat etmişdir. Şəhid atası Qorxmaz Novruzovun vəfatı rayon ictimaiyyəti tərəfindən dərin hüznlə qarşılanmışdır.
Mərhumun dəfn mərasimi Masallı şəhərində yerləşən Təpə qəbiristanlığında keçirilmiş, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ataları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı vermiş, Allahdan rəhmət, ailə üzvlərinə səbir və dözüm diləmişdir.
Mərhum Qorxmaz Novruzovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.