AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan cənubi Qafqazda enerji ehtiyatlarına malik ölkə olaraq Avropanın enerji təminatında vacib rol oynayır

  • + A
  • - A
  • 21-01-2026, 10:22

    Azərbaycan cənubi Qafqazda enerji ehtiyatlarına malik ölkə olaraq Avropanın enerji təminatında vacib rol oynayır

    Azərbaycan Cənubi Qafqaz regionunda zəngin enerji ehtiyatlarına malik aparıcı dövlət kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm və etibarlı tərəfdaş rolunu oynayır. Cənab Prezidentin Davos İqtisadi Forumunda iştirakı zamanı bir daha vurğulanmışdır ki, ölkəmiz uzunmüddətli, sabit və şaxələndirilmiş enerji təchizatı strategiyası ilə Avropa bazarlarında mövqeyini möhkəmləndirir.

    Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropa ölkələri ilə enerji əməkdaşlığının strateji əsasını təşkil edir və bu layihə vasitəsilə bir sıra Avropa dövlətlərinin enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verilir. Davos çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi öhdəliklərinə sadiqliyi, həmçinin “yaşıl enerji”yə keçid istiqamətində atdığı ardıcıl addımlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır.

    Cənab Prezidentin Davos səfəri bir daha nümayiş etdirmişdir ki, Azərbaycan yalnız enerji ixracatçısı deyil, eyni zamanda regional və qlobal enerji təhlükəsizliyinə töhfə verən məsuliyyətli və proqnozlaşdırıla bilən tərəfdaşdır.



    Eldar Kazımov,
    YAP Masallı rayon təşkilatının məsləhətçisi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR